Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının biletləri satışa çıxarılıb Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının biletləri bu gün satışa çıxarılıb.
Fərdi
26 Aprel , 2019 11:24
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının biletləri bu gün satışa çıxarılıb.

"Report" xəbər verir ki, tamaşaçılar biletləri "28 Mall" və "Gənclik Mall" alış-veriş mərkəzlərindən, Gimnastika Arenasının kassalarından, həmçinin onlayn (https://ticketing.mga.az/)formada əldə edə bilərlər. Biletlərin qiyməti isə 10, 15 və 20 manat təşkil edir.

Bu gün isə Milli Gimnastika Arenasında 39 ölkənin iştirakı ilə bədii gimnastika üzrə Dünya Kuboku start götürüb. Bu yarışdan sonra isə 16 - 19 mayda zərif gimnastlar eyni arenada güclərini Avropa çempionatında sınayacaqlar.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi sentyabrın 16-da keçiriləcək. 7 gün davam edəcək nüfuzlu yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Son xəbərlər

Orphus sistemi