Bakıda dünya çempionu olan 3 yapon cüdoçu yenidən Azərbaycana gəlir

Bakıda dünya çempionu olan 3 yapon cüdoçu yenidən Azərbaycana gəlir Yaponiya milli komandası Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə 8 cüdoçu ilə qatılacaq.
Fərdi
7 May , 2019 11:04
Bakıda dünya çempionu olan 3 yapon cüdoçu yenidən Azərbaycana gəlir

Yaponiya milli komandası Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə 8 cüdoçu ilə qatılacaq.

“Report” “Judo İnside” saytına istinadən xəbər verir ki, onlardan 3-ü ötən ilin sentyabrında Bakıda baş tutan dünya çempionatında qızıl medal qazanıb. Bunlar Tsukasa Yoşida (57 kq), Tidzuru Arai (70 kq) və Şori Hamadadır (78 kq). Ai Şişime (52) isə Azərbaycanın paytaxtında keçirilən mudialda ikinci olub.

Heyətdə həmçinin daha iki qadın cüdoçu yer alıb. Bunlar 2016-cı il Rio-de-Janeyor Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, gənclər və böyüklər arasında dünya çempionu Kondo Ami (48 kq) ilə Miku Taşirodur (63 kq).

Yaponiya yığması “Böyük Dəbilqə”yə cəmi 2 kişi cüdoçu ilə qatılacaq. Mukai Şoiçiro və Murao Sanşiro 90 kq çəki dərəcəsində mübarizə aparacaq.

Qeyd edək ki, 8 cüdoçudan 3-ü K.Ami, M.Şoiçiro və M.Sanşiro Bakıdakı dünya çempionatında iştirak edən “18-lik”də olmayıb. “Böyük Dəbilqə” turniri 10 - 12 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi