​Bakıda Beynəlxalq Olimpiya Akademiyalarının II Beynəlxalq konfransı başlayıb

​Bakıda Beynəlxalq Olimpiya Akademiyalarının II Beynəlxalq konfransı başlayıb Tədbirə 20-dək ölkə qatılıb
Fərdi
29 Oktyabr , 2015 14:00
​Bakıda Beynəlxalq Olimpiya Akademiyalarının II Beynəlxalq konfransı başlayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün "Park İnn" hotelində "I Avropa Oyunları - Milli Olimpiya Akademiyaları üçün yeni çağırışdır" mövzusunda Avropa Olimpiya Akademiyalarının II Beynəlxalq konfransı start götürüb. "Report"un məlumatına görə, 3 gün davam edəcək konfransda Almaniya, Estoniya, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumıniya, Çexiya və ümumilikdə 20-ə yaxın ölkənin idman akademiyalarının rektor, professor və direktorları iştirak edir.

Tədbir haqda məlumat verən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev "Bakı 2015" I Avropa Oyunlarının Azərbaycanın idman sahəsindəki rolundan danışıb. A.Abıyev qonaqları salamladıqdan sonra seminarın gənclərin həyatında müsbət rolu olacağını deyib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkə prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbər seçildikdən sonra Azərbaycanda Olimpiya hərəkatının inkişaf etdiyini vurğulayıb. İ.İsmayılov hazırda da bu işin davam etdiyini bildirib: "Azərbaycanda 50-dən artıq Olimpiya Kompleksi fəaliyyət göstərir. Bu da yeniyetmə və gənclərin sağlam böyüməsində, olimpiyaya qoşulmasında böyük rol oynayır. Bu gün Olimpiya sahəsində çalışan hər bir insan bir ailədir". 

Daha sonra çıxış üçün söz Beynəlxalq Olimpiya Akademiyasının direktoru doktor Dionissis Qanqasa verilib. O, Azərbaycana yenidən gəlməyindən mənunluğunu ifadə edib: "7-ci dəfədir Bakıya gəlirəm və buranı çox sevirəm. Bu çox vacib bir tədbirdir. Çünki Avropa Olimpiya hərəkatında böyük rol oynamaqdadır. Bu cür konfransın keçirilməsindən məmnunluğumu bildirirəm. İnanıram ki, bu konfranslar tək Avropa yox, dünyada da keçiriləcək".

Tədbir akademiya tələbələrinin özfəaliyyət dərnəyinin çıxışları ilə davam edib.

Son xəbərlər

Orphus sistemi