Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək Bakıda badminton üzrə “Azerbaijan International” beynəlxalq turniri keçiriləcək.
Fərdi
22 May , 2019 15:43
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda badminton üzrə “Azerbaijan International” beynəlxalq turniri keçiriləcək.

“Report” xəbər verir ki, 6 - 9 iyunda baş tutacaq yarışda 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq.

Mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış Bakı İdman Sarayında olacaq.

Beynəlxalq Badminton Federasiyasının təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq “Azerbaijan International” turnirində 5 kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.

Bakıdakı yarışı həmçinin 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları öncəsi badmintonçular üçün sonuncu ciddi sınaqdır.

Qeyd edək ki, Azərbaycanı turnirdə 20 badmintonçu təmsil edəcək. Görüşləri isə Avropa və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas referilər arasında yerli hakimlər – Fidan və Gülcənnət Hüseynli bacıları da var.

Son xəbərlər

Orphus sistemi