Yuxarı

Bakıda antidopinq mövzusunda maarifləndirici seminar keçirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Antidopinq AgentliyiAzərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

“Report” xəbər verir ki, tədbirdə dinləyici qismində qılıncoynatma üzrə milli komandanın üzvləri, məşqçilər heyəti və federasiya rəsmiləri iştirak ediblər.

Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib. Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva qaydalar, mövcud qaydalara riayət olunmayacağı təqdirdə tətbiq olunacaq cəzalar barədə danışıb. Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər. Qaydalara əsasən idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı məkan məlumatını təmin etməlidir. İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi