Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bəyanat yayıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bəyanat yayıb Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bəyanat yayıb.
Fərdi
31 Yanvar , 2019 20:09
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bəyanat yayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bəyanat yayıb. 

"Report" xəbər verir ki, bəyanatda Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlərin qeyri-rəsmi və əsassız məlumatlar olduğu bildirilib. 

"Formula-1" Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilənin şərtləri tam məxfi saxlanılır və heç bir formada ictimaiyyətə rəsmi şəkildə açıqlanmır. "Formula-1" yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda "Formula-1" yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir", - deyə bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi