Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi AİJF ilə memorandum imzaladı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi AİJF ilə memorandum imzaladı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi yeni təsis olunmuş Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Fərdi
18 Fevral , 2020 15:09
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi AİJF ilə memorandum imzaladı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi yeni təsis olunmuş Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. 

"Report"un məlumatına görə, İdarə rəisi Raqif Abbasov memorandumun çoxşaxəli və müxtəlif sahələri əhatə edəcəyini bildirib. 

R.Abbasov imzalanan memorandumu ölkə başçısı İlham Əliyevin ötən ilin yekunları ilə bağlı Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən tədbirdə qeyd etdiyi tövsiyələrindən biri kimi səciyyələndirib: "Bizim üzərimizə düşən məqamlardan biri Federasiyada olan həmkarlarımız vasitəsi ilə kütləviliyi əks etdirən tədbirlərin təbliğatını gücləndirməkdən, eyni zamanda bu təşkilatın yanında olub, üzərimizə düşən məsələlərin icrasını müştərək olaraq həll edə bilməkdən ibarətdir”.

AİJF-nin İdarə Heyətinin sədri Qabil Mehdiyev çıxış edib. O yeni yaranmış federasiyanın öz fəaliyyətinə təşkilatlanma mərhələsi ilə başladığını vurğulayıb: “Fevralın 20-də idman jurnalistlərinin Respublika toplantısını təşkil edəcəyik. Tədbirlər proqramında ölkəmizdəki bütün idman qurumları və federasiyaları ilə əməkdaşlıq çərçivəsində fəaliyyətimizi davam etdirmək nəzərdə tutulub. Eyni zamanda hər bir təşkilatla anlaşma memorandumu imzalanacaq. Sevindirici haldır ki, ilk memorandumu bizə doğma olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə imzalayırıq. Düşünürəm ki, bu memorandum ölkə idmanının kütləvi təbliğatında böyük rol oynayacaq”.

Son xəbərlər

Orphus sistemi