"Bakı Marafonu 2017"yə həsr olunmuş növbəti təlim keçirilib

"Bakı Marafonu 2017"yə həsr olunmuş növbəti təlim keçirilib Selda Tarakcı: "Bu barədə eşidəndən sonra özümü yoxlamaq istədim"
Fərdi
4 Mart , 2017 16:42
Bakı Marafonu 2017yə həsr olunmuş növbəti təlim keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün “Bakı Marafonu 2017” ilə əlaqədar olaraq "Port Baku"da "Go Sport" idman malları mağazasında təlimə start verilib.

"Report"un məlumatına görə, təlim zamanı qısa məşqlər, qaçış texnikasının formalaşdırılması təlimçi Namiq Əsədovun göstərişi ilə həyata keçirilib. Təlimdə marafonçulardan Türkiyə vətəndaşı Selda Tarakçı və digər şəxslər iştirak edib. Burada sürətin artırılması, dözümlülüklə bağlı göstərişilər verilib.

S.Tarakçı "Report"a açıqlamasında bildirib ki, Bakıda tələbədir: "Üçüncü kursda oxuyuram. “Bakı Marafonu 2017” barədə eşidəndən sonra özümü yoxlamaq istədim. Türkiyədə də əvvəllər voleybolla, daha sonra digər idman növü ilə məşğul olmuşam. İndi də yarışqabağı təlimə başlamışam".

Təlimlər hər həftənin şənbə günü saat 14:00-da davam etdiriləcək.

Qeyd edək ki,“Bakı Marafonu 2017” aprelin 30-da saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Son xəbərlər

Orphus sistemi