Bakı. 18 may. REPORT.AZ/ ABŞ-ın Nebraska ştatında atletika üzrə Tələbələrin Liqa yarışlarının növbəti mərhələsi başa çatıb. "Report"un məlumatına görə, Linkoln şəhərində keçirilən turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib.
O, hündürlüyə tullanma yarışlarında 2.07 m nəticə göstərib və 6-cı yeri tutub. Ə.Məmmədova müvafiq yer üçün nəzərdə tutulan diplom və mükafatlar təqdim olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Tələbələrin Liqa yarışlarının əvvəlki mərhələsində Ə.Məmmədov 2.05 m nəticə ilə üçüncü yeri tutub və bürünc medala layiq görülüb.