Azərbaycanlı idmançı WWFC 8 qarışıq döyüş növləri üzrə turnirdə qələbə qazanıb

Azərbaycanlı idmançı WWFC 8 qarışıq döyüş növləri üzrə turnirdə qələbə qazanıb Ukraynanı turnirdə həmçinin Azərbaycan diasporunun nümayəndəsi Rasim Məmmədov təmsil edib
Fərdi
29 Sentyabr , 2017 15:14
Azərbaycanlı idmançı WWFC 8 qarışıq döyüş növləri üzrə turnirdə qələbə qazanıb

Kiyev. 29 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Kiyev İdman Sarayında Ukrayna MMA liderləri, "World Warriors Fighting Championship" ümumdünya liqası tərəfindən təşkil olunmuş WWFC 8 qarışıq döyüş növləri üzrə beynəlxalq turnir keçirilib.

"Report"un Ukrayna bürosunun məlumatına görə, turnirdə Ukrayna, Fransa, Qırğızıstan, Moldova, Braziliya, Serbiya və Lüksemburqdan olan idmançıların iştirakı ilə ümumilikdə 11 görüş keçirilib.

Ukraynanı turnirdə həmçinin Nikolayev şəhərində Azərbaycan diasporunun nümayəndəsi olan Rasim Məmmədov təmsil edib.

"World Warriors Fighting Championship"in mətbuat xidmətindən "Report"a bildirilib ki, Rasim Məmmədov braziliyalı idmançı ilə qarşılaşıb və gərgin keçən görüşün sonunda hakimlərin səs çoxluğu ilə qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi