Azərbaycanlı idmançı kikboksinq üzrə dünya çempionatında Ukraynanı təmsil edəcək

Azərbaycanlı idmançı kikboksinq üzrə dünya çempionatında Ukraynanı təmsil edəcək Kikboksinq üzrə dünya çempionatı oktyabrın 24-29-da İtaliyanın Marina di Karrara şəhərində keçiriləcək
Fərdi
16 Oktyabr , 2017 17:58
Azərbaycanlı idmançı kikboksinq üzrə dünya çempionatında Ukraynanı təmsil edəcək

Kiyev. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanlı idmançı Fəxrəddin İsgəndərov oktyabrın 24-29-da İtaliyanın Marina di Karrara şəhərində keçiriləcək kikboksinq üzrə dünya çempionatında Ukrayna milli komandasını təmsil edəcək.

"Report"un Ukrayna bürosunun məlumatına görə, Fəxrəddin İsgəndərov, təxminən, beş il əvvəl Ukraynaya köçüb. İndi onun 29 yaşı var, 60 kq çəki dərəcəsində çıxış edəcək.

F.İsgəndərov, təxminən, səkkiz ildir kikboksinqlə məşğul olur. O, karyerasına Bakıda başlayıb, məşqçisi Ehram Məcidov olub. Kiyevdə isə o, Artyom Kritskinin rəhbərliyi altında "Leqat" döyüş sənəti klubunda məşq edir.

"Azarkeşlər məni "Dağlı" ləqəbi ilə tanıyır. Azərbaycanı təmsil edərkən dünya və Avropa çempionu olmuşam. İdman fəaliyyətimə dəstək verdiklərinə görə Ukraynadakı Azərbaycan diasporuna da təşəkkür etmək istəyirəm. Dünya çempionatından sonra öz idman klubumu açmaq, başqa kikboksçuları məşq etdirmək istəyirəm", - deyə F.İsgəndərov "Report"a bildirib.

Son xəbərlər

Orphus sistemi