Azərbaycanlı güləşçilər Türkiyədə 2 medal qazanıb

Azərbaycanlı güləşçilər Türkiyədə 2 medal qazanıb Ruslan Qasımov və Ağahüseyn Mustafayev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb
Fərdi
29 Mart , 2015 13:06
Azərbaycanlı güləşçilər Türkiyədə 2 medal qazanıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə keçirilən sayca 43-cü beynəlxalq turnirin ilk gününü 2 bürünc medalla başa vurub. "Report"un məlumatına görə, həmin medallara Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) sahib olub. 

Turnir bu gün 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanların mübarizəsi ilə davam edəcək. Azərbaycan təmsilçilərindən Cəlal Süleymanov, Ruhlan Məmmədov (hər ikisi 61 kq), Hacımurad Ömərov (70 kq) və Aleksandr Qostiyev (86 kq) qüvvəsini sınayacaq. 

Qeyd edək ki, sərbəst güləşçilər Türkiyəyə məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında yollanıblar. 

Son xəbərlər

Orphus sistemi