Azərbaycanlı gimnast Almaniyada iki qızıl medal qazanıb

Azərbaycanlı gimnast Almaniyada iki qızıl medal qazanıb Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın idman gimnastı Səməd Məmmədli Almaniyanın paytaxtı Berlində gənclər arasında keçirilmiş beynəlxalq turnirdə iki qızıl medal qazanıb.
Fərdi
23 Aprel , 2018 10:54
Azərbaycanlı gimnast Almaniyada iki qızıl medal qazanıb

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın idman gimnastı Səməd Məmmədli Almaniyanın paytaxtı Berlində gənclər arasında keçirilmiş beynəlxalq turnirdə iki qızıl medal qazanıb.

“Report”un məlumatına görə, Məmmədli 23 ölkənin qatıldığı yarışda 3 final mərhələsindən 2-də yüksək nəticə göstərib. O, dəstəli at üzərində hərəkətdə 12.850 xal, paralel qollarda isə 13.250 xal əldə edib.

Məmmədli turnikdə çıxışda isə hakimlərdən 11.150 xal alaraq, 4-cü olub.

Son xəbərlər

Orphus sistemi