Azərbaycanlı döyüşçü Ramzan Kadırovun fəxri qonağı olacaq - FOTO

Azərbaycanlı döyüşçü Ramzan Kadırovun fəxri qonağı olacaq - FOTO Qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda keçiriləcək
Fərdi
10 Mart , 2015 11:31
Azərbaycanlı döyüşçü Ramzan Kadırovun fəxri qonağı olacaq - FOTO

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən fəxri qonaq qismində dəvət olunub. 

"Mən Çeçenistana fəxri qonaq kimi dəvət olunmuşam, ora həmçinin məşhur döyüşçülər Fabritsio Verdum, Con Cons, Badr Hari də dəvət olunublar", - Z.Səmədov "Report"a bildirib. 

Z.Səmədov vurğulayıb ki, onun dəvət olunduğu qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda "Kolizey" kompleksində keçiriləcək. 

Z.Səmədov əlavə edib ki, turnirin iştirakçıları "Əhməd" və "Berkut" respublika idman klublarının döyüşçüləri olacaq. 

Turnirin keçirilməsinə maddi dəstəyi Çeçenistanın mərhum prezidenti, Rusiyanın milli qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai fond göstərir. 

Son xəbərlər

Orphus sistemi