Azərbaycanlı çüdoçu Rio-2016-da bürünc medal uğrunda mübarizəni davam etdirəcək - YENİLƏNİB-2

Azərbaycanlı çüdoçu Rio-2016-da bürünc medal uğrunda mübarizəni davam etdirəcək - YENİLƏNİB-2 Onun ilk təsəlliverici döyüşdə rəqibi Otqonbatar Lxaqvasuren (Monqolustan) olacaq
Fərdi
10 Avqust , 2016 20:01
Azərbaycanlı çüdoçu Rio-2016-da bürünc medal uğrunda mübarizəni davam etdirəcək - YENİLƏNİB-2

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev 1/4 final görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi ötənilki dünya çempionu, cənubi koreyalı Donqhan Qvak olub.

Qarşılaşmanın əvvəllərində hakimlər hər iki cüdoçuya passiv mübarizə səbəbindən iki dəfə xəbərdarlıq ediblər. Görüşün sonlarında isə Mehdiyev daha iki anlaşılmaz xəbərdarlıq alıb və rəqibi qalib elan olunub.

Məğlubiyyətə baxmayaraq, Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Onun ilk təsəlliverici döyüşdə rəqibi Otqonbatar Lxaqvasuren (Monqolustan) olacaq.

*** 19:39

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev növbəti görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən M.Mehdiyevin rəqibi braziliyalı Tyaqo Kamillo olub.

Qarşılaşmanın əvvəllərində T.Kamillo xəbərdarlıq alsa da, az sonra Mehdiyev də eyni cəza ilə üzləşib. Sonradan braziliyalı cüdoçu yuko xalı ilə önə çıxsa da, sona 1 dəqiqə qalmış Azərbaycan idmançısı rəqibinə ippon fəndi tətbiq edib. Lakin hakimlər onun fəndini ippon yox, vazari kimi qiymətləndiriblər. Bununla belə, Azərbaycan cüdoçusu ruhdan düşməyib və sonadək üstünlüyünü qoruyaraq, 1/4 finala yüksəlib. Buna M.Mehdiyevə verilmiş ardıcıl 2 xəbərdarlıq da mane olmayıb.

Beləliklə, 1/4 finala yüksələn M.Mehdiyevin rəqibi cənubi koreyalı Donqan Qvak olacaq.

***18:12

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev ilk görüşünü keçirib. 

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi "Bakı 2015" I Avropa Oyunlarının qalibi və qitə çempionu, rusiyalı Kirill Denisov olub.

Görüşün əvvəllərində azərbaycanlı cüdoçu, sona doğru isə rusiyalı cüdoçu iki xəbərdarlıq alıb. Əsas vaxtda bərabərlik qeydə alındığından, "qızıl xal"adək əlavə vaxt təyin olunub. Bu zaman Denisovun passivliyi diqqətdən yayınmayıb. Sona doğru Mehdiyev rəqibini ipponla məğlubiyyətə uğradıb.

Onun 1/8 finaldakı rəqibi Tyaqo Kamilo (Braziliya) olacaq.

Son xəbərlər

Orphus sistemi