Azərbaycanın yunan-Roma güləşçiləri Təxti Kubokunda çıxış edəcəklər

Azərbaycanın yunan-Roma güləşçiləri Təxti Kubokunda çıxış edəcəklər Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İranın Əndimeşk şəhərində keçiriləcək Təxti Kubokuna qatılacaq.
Fərdi
22 Yanvar , 2019 14:09
Azərbaycanın yunan-Roma güləşçiləri Təxti Kubokunda çıxış edəcəklər

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İranın Əndimeşk şəhərində keçiriləcək Təxti Kubokuna qatılacaq.   

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 24-də start götürəcək yarışda 10 pəhləvan mübarizə aparılacaq. Yığmanın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) çıxış edəcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirə III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov da yollanacaq.

Son xəbərlər

Orphus sistemi