Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb - FOTO

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb - FOTO Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 3-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.
Fərdi
13 Oktyabr , 2019 00:37
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 2 medal qazanıb - FOTO

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 3-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycanı dünya çempionatında təmsil edən veteran cüdoçu Mübariz Cəfərov M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. M.Cəfərov Fransa, Rusiya, Portuqaliya və Gürcüstandan olan rəqiblərini məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Fransa təmsilçisi Cimmi Kadosa qalib gələn Azərbaycan cüdoçusu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

M-5 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində yarışan Müşfiq Cəfərov dünya çempionatının bürünc medalına layiq görülüb. Bu Azərbaycan millisinin Mərakeşdə qazandığı 4-cü medal olub. 

Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad RəcəbliMəmməd Məmmədov mundialda 1-ci yeri tutublar.

Son xəbərlər

Orphus sistemi