Yuxarı

Azərbaycanın tanınmış qadın güləşçisi Qran Pridə yarışacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanın qadın güləşçilərdən ibarət milli komandasının kapitanı Mariya Stadnik “Poland Open" turnirinə qatılacaq. 

Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 30 yaşlı idmançı sentyabrın 7-də Polşanın paytaxtı Varşavada start götürəcək yarışda mübarizə aparacaq. 3 gün davam edəcək turnir Dünya Güləş Birliyinin təqvim planına əsasən, Qran Pri seriyasından sayılır.

Qeyd edək ki, Mariya Stadnik 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi