Dünya çempionatı: Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq

Dünya çempionatı: Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən dünya çempionatında bu gün Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Fərdi
16 Sentyabr , 2019 09:15
Dünya çempionatı: Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq

Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən dünya çempionatında bu gün Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Taleh Məmmədov (60 kq) və Beka Kandelakinin (130 kq) ilk görüşləri təsnifat, Elvin Mürsəliyevinki (77 kq) isə 1/16 final mərhələsinə təsadüf edəcək. Məmmədov bolqarıstanlı 35 yaşlı Avropa və dünya çempionu İvo Angelovla üz-üzə gələcək.

Mürsəliyev 23 yaşadək güləşçilər arasında gürcüstanlı dünya çempionu Gela Bolkvadzeni, Beka Kandelaki isə gənclər arasında Avropa çempionatının belaruslu mükafatçısı Pavel Rudakovu sınağa çəkəcək.

Dünya çempionatı

16 sentyabr

60 kq

Təsnifat. Taleh Məmmədov - İvo Serafimov Angelov (Bolqarıstan)

77 kq

1/16 final. Elvin Mürsəliyev - Gela Bolkvadze (Gürcüstan)

130 kq

Təsnifat. Beka Kandelaki - Pavel Rudakov (Belarus)

Qeyd edək ki, hələlik Azərbaycanın yunan-Roma güləşçiləri 2 medal qazanıblar. Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi