Bakı. 4 noyabr. REPORT.AZ/ Güləş üzrə Azərbaycan yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib.
"Report"un məlumatına görə, bununla bağlı Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev əmr imzalayıb. Əmrə əsasən, sərbəst güləş üzrə əsas yığmanın baş məşqçisi Saypulla Absaidov vəzifəsindən azad edilib. O, gənclərdən ibarət komandanın sükanı arxasına keçib. Cəmşid Xeyrəbadi isə yunan-Roma güləşi üzrə əsas millinin baş məşqçi postundan istefaya göndərilib. Ona yeni vəzifə verilməyib. Hər iki əsas komandada baş məşqçi əvəzi funksiyasını müvafiq olaraq Firdovsi Umudovla Akif Əliyev yerinə yetirəcək.
Yığma komandaların məşqçilər korpusunda edilən dəyişikliklər və formalaşan yeni heyət aşağıdakı kimidir:
Yunan-Roma güləşi Böyüklər Baş məşqçi əvəzi - Akif Əliyev Böyük məşqçi - İlqar Abdulov Məşqçi - Nurəddin Rəcəbov Gənclər Böyük məşqçi - Şaban Donat Məşqçi - Zöhrab Abbasov Məşqçi - Turac Hüseynli Yeniyetmələr Böyük məşqçi - Bəhram Mürvətov Məşqçi - İslam Cəfərov Məşqçi - Fuad Alıyev Kiçik yaşlı yeniyetmələr Böyük məşqçi - Əfsər Namazəliyev Məşqçi - Rasim Ağayev |
Sərbəst güləş Böyüklər Baş məşqçi əvəzi - Firdovsi Umudov Böyük məşqçi - Zəlimxan Hüseynov Məşqçi - Arif Abdullayev Məşqçi - Sadruddin Ayqubov Gənclər Böyük məşqçi - Saypulla Absaidov Məşqçi - Rövşən Hacıyev Yeniyetmələr Böyük məşqçi - Əsgərxan Novruzov Məşqçi - Vahid Məmmədov Məşqçi - Yaşar Əliyev Kiçik yaşlı yeniyetmələr Məşqçi - Mehman Nəcəfov Məşqçi - Elşad Allahverdiyev |
Qadınlar
Böyüklər
Baş məşqçi - Semyon Çterev
Böyük məşqçi - Aslan Ağayev
Məşqçi - Rövşən Umudov
Gənclər və Yeniyetmələr
Böyük məşqçi - Nazim Əlicanov
Məşqçi - Həsrət Məmmədyarov
Məşqçi - İsaməddin Hüseynov