Yuxarı

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası İslamiadanın qalibi olub

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası İslamiadanın qalibi olub
Finalda Türkiyə yığması məğlub edilib

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. "Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv finalda Türkiyə yığmasını yenib - 3:1. 

Bakı Kristal Zalında keçirilmiş həlledici görüşdə "ay-ulduzlular" yalnız ikinci seti qalib kimi başa vura biliblər. Qalan setlərdə üstün oyun sərgiləyən Azərbaycan millisi yekunda İslamiadanı qızıl medalla başa vurub. 

FİNAL

19:30. Azərbaycan - Türkiyə - 3:1 (25:12, 23:25, 25:20, 25:21)

Bakı Kristal Zalı-1

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi