Yuxarı

Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası İslamiadaya qələbə ilə başlayıb

Kamerun yığması məğlub edilib
© AzerTac

Bakı. 9 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası ilk görüşünə çıxıb. "Report"un məlumatına görə, rəqib Kamerun millisi olub.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 28:26. İlk yarını 18:14 hesabı ilə öndə bitirən Azərbaycan millisi sonadək üstünlüyünü əldən verməyib. Digər görüşdə Türkiyə Özbəkistanı yenib - 37:21 (16:8).

Qeyd edək ki, mayın 10-da Azərbaycan millisi Özbəkistanla, mayın 11-də Türkiyə ilə üz-üzə gələcək. Mayın 13-də yarımfinal, mayın 14-də isə 3-cü yer uğrunda və final görüşləri keçiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi