Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib Nataliya Sinişin həlledici görüşdə norveçli pəhləvanla qarşılaşacaq
Fərdi
11 Mart , 2016 15:24
Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib

Bakı. 11 mart. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. "Report"un məlumatına görə, çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Ganna Vasilenko və İsveçdən Elin Johanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Grace Jacob Bullen olacaq.

58 kq

1/8 final - Veranika İvanova (BLR) - Natalya Sinişin 2:4

1/4 final - Ganna Vasilenko (UKR) - Nataliya Sinişin 0:5

1/2 final - Nataliya Sinişin - Elin Johanna Nilsson (SWE) 12:2

FİNAL - Nataliya Sinişin - Grace Jacob Bullen (NOR)

69 kq

1/8 final - Gözəl Zutova - Dalma Caneva (İTA) 3:5

70 kq

1/8 final - Azamat Nurikau (BLR) - Gitinomaqomed Hacıyev 7:5

125 kq

1/8 final - Cəmaləddin Məhəmmədov - Vladislav Baytçaev (RUS) 6:3

1/4 final - Alan Zaseyev (UKR) - Cəmaləddin Məhəmmədov 6:2

Qeyd edək ki, Azərbaycan yığmasının üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi