Azərbaycanın qadın güləşçiləri İsveçdə keçiriləcək turnirə qatılacaq

Azərbaycanın qadın güləşçiləri İsveçdə keçiriləcək turnirə qatılacaq Görüşlərin idarə edilməsində isə beynəlxalq dərəcəli hakim Rövşən Hacıyev Azərbaycanı təmsil edəcək
Fərdi
11 Fevral , 2015 11:19
Azərbaycanın qadın güləşçiləri İsveçdə keçiriləcək turnirə qatılacaq

Bakı. 11 fevral. REPORT.AZ/ Fevralın 14-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, iki gün davam edəcək yarışda Azərbaycanın qadın güləşi üzrə yığma komandası tam heyətlə iştirak edəcək.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında İsveçə Mariya Stadnik (48 kq), Anjela Doroqan 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç, Natalya Sinişin (hər ikisi 60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka Sementsova (69 kq) və Gözəl Zutova (75 kq) yollanacaq.

Qeyd edək ki, görüşlərin idarə edilməsində isə beynəlxalq dərəcəli hakim Rövşən Hacıyev Azərbaycanı təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi