Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur Azərbaycan yığması bu gün 4 çəki dərəcəsinin 3-də təmsil olunacaq
Fərdi
23 Avqust , 2017 11:12
Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

Bakı. 23 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının üçüncü günündə mübarizəyə qadın güləşçilər qoşulacaqlar.

 “Report” xəbər verir ki, Azərbaycan 4 çəki dərəcəsi üzrə yarışların 3-də təmsil olunacaq. 

Artıq onların ilk rəqibləri məlumdur. Üçqat Avropa çempionu Nataliya Sinişin və böyüklər arasında mundialın debütantı Elmira Qəmbərova xalça üzərinə 1/16 final mərhələsindən çıxacaq. İrina Netreba isə 1/8 finaldan etibarən çıxış edəcək. 

Dünya çempionatı

55 kq

1/16 final. Nataliya Sinişin - İrina Kuraçkina (Belarus)

58 kq

1/8 final. İrina Netreba - Giedre Blekaytite (Litva) / Ariadne Mikelle Burxart (Austriya)

63 kq

1/16 final. Tayla Tuahine Ford (Yeni Zellandiya) - Elmira Qəmbərova

Görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. Final qarşılaşmaları isə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi