Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub

Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub Dmitri Sablinin qarşısına Rio-2016-ya növbəti lisenziyalar qazanmaq vəzifəsi qoyulub
Fərdi
6 Aprel , 2016 17:00
Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub. "Report"un məlumatına görə, bu, ukraynalı Avropa və dünya çempionu Dmitri Sablindir.

37 yaşlı mütəxəssis yeni vəzifədə həmyerlisi Aleksandr Kolıbelnikovu əvəzləyib. D.Sablinin qarşısına Azərbaycan kayakçı və kanoeçilərinə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına növbəti lisenziyalar qazandırmaq və milli komandanı qarşıdakı olimpiadaya yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.

Qeyd edək ki, Dmitri Sablin 7 fevral 1979-cu ildə Ukraynanın Kremençuk şəhərində anadan olub. O, kanoeçi kimi 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Ukrayna yığmasını təmsil edib. Karyerası ərzində 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında iştirak etmiş D.Sablin 2001-ci ildə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə dünya və Avropa çempionu olub. Onun aktivində dünya (2003) və Avropa çempionatlarının (1999, 2000, 2006) bürünc medalı da var.  

Son xəbərlər

Orphus sistemi