Yuxarı

Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirəcək.

"Report" “Telegraf.by”a istinadən xəbər verir ki, 34 yaşlı kikboksçu dekabrn 2-də Belarusun paytaxtı Minsk şəhərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirdə yarışacaq. 

Turnirdə həmçinin Azərbaycanın digər K-1 döyüşçüsü Elxan Əliyev də iştirak edəcək. Yarışa Belarus, Ukrayna, Rusiya Federasiyası, Fransa, Almaniya, Rumıniya, Moldova kimi ölkələrdən 20 nəfər tanınmış kikboksçu qatılacaq.

Günün əsas döyüşü Zabit Səmədovla Rusiya təmsilçisi Yevgeni Orlov arasında olacaq. Elxan Əliyev isə mərakeşli Cihad Akipa ilə döyüşəcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan K-1 döyüşçüsü Zabit Səmədov da "Axmat" klubunun üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi