Azərbaycanın iki qadın boksçusu dünya çempionatında ən azı bürünc medalı təmin edib

Azərbaycanın iki qadın boksçusu dünya çempionatında ən azı bürünc medalı təmin edib Yana Alekseyeva və Yelena Vıstropova yarımfinala yüksəlib
Fərdi
21 Noyabr , 2014 12:15
Azərbaycanın iki qadın boksçusu dünya çempionatında ən azı bürünc medalı təmin edib

Bakı. 21 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın Jeju şəhərində keçirilən qadınlar arasında dünya çempionatında Azərbaycanın iki boksçusu medalı təmin edib. "Report"un məlumatına görə, yarımfinala vəsiqə qazanan Yana Alekseyeva (60 kq) və Yelena Vıstropovanın (69 kq) nüfuzlu yarışı ən azı bürünc medalla başa vuracağı müəyyənləşib. 

Vıstropova ¼ finalda ABŞ təmsilçisi Danielle Volfu yenib - 2:1. Avropa çempionu yarımfinalda panamalı Asena Bilonla qarşılaşacaq. Alekseyeva isə ¼ finalda avstraliyalı Şelli Votsu mübarizədən kənarlaşdırıb – 3:0. Onun növbəti rəqibi fransalı Estell Mosseli olacaq. Azərbaycanın daha bir təmsilçisi Anna Əlimardanova (54 kq) ¼ finalda türkiyəli Ayşə Taşa 0:3 hesabı ilə uduzaraq, medal şansını itirib. 

Qeyd edək ki, yarımfinal görüşləri noyabrın 23-də, finallar isə bundan bir gün sonra olacaq. 

Son xəbərlər

Orphus sistemi