Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib Daha bir pəhləvan isə bürünc medal uğrunda görüşə çıxacaq
Fərdi
27 İyun , 2017 17:00
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

Bakı. 27 iyun. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan sərbəst güləşçilərindən ikisi finala yüksəlib. 

50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi rusiyalı Muxammadxon Muxammadxon olacaq.

60 kq-da yarışan Əli Rəhimzadə ilk görüşdə Ermənistan, ardınca Rusiya idmançısı ilə gərgin keçən görüşlərdən qalib ayrılıb. Yarımfinalda Moldovadan olan rəqibini də üstələyən Rəhimzadə finala yüksəlib. Həlledici görüşdə o, ukraynalı Andrey Yatsenko ilə qarşılaşacaq.

96 kq-da yer alan Məhəmmədrəsul Qazıməhəmmədov isə türkiyəli İbrahim Çiftçi ilə bürünc medal uğrunda görüşə çıxacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi