Azərbaycanın iki cüdoçusu Qran-Pridəki çıxışını başa vurub

Azərbaycanın iki cüdoçusu Qran-Pridəki çıxışını başa vurub Azərbaycanın iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində çıxışlarını başa vurub.
Fərdi
21 Sentyabr , 2019 11:56
Azərbaycanın iki cüdoçusu Qran-Pridəki çıxışını başa vurub

Azərbaycanın iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qran-Pri turnirində çıxışlarını başa vurub.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan hər iki idmançı - Fəqan QuluzadəRüfət İsmayılov ilk görüşdə məğlub olub.

Belə ki, F.Quluzadə misirli Abdelrahman Məhəmmədə, R.İsmayılov isə Rusiya təmsilçisi Abas Əzizova uduzub.

Qeyd edək ki, ilk yarış günündə Leylа Əliyeva (48 kq) gümüş medal qazanıb. Qran-Pri turnirinə sentyabrın 22-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi