Azərbaycanın iki cüdoçusu dünya çempionatında medal görüşünə vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın iki cüdoçusu dünya çempionatında medal görüşünə vəsiqə qazanıb - YENİLƏNİB Azərbaycanın daha bir cüdoçusu Mərakeşin Marrakeş şəhərində bu gün start götürən gənclər arasında dünya çempionatında medal qazanmaq şansı əldə edib.
Fərdi
16 Oktyabr , 2019 17:29
Azərbaycanın iki cüdoçusu dünya çempionatında medal görüşünə vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Mərakeşin Marrakeş şəhərində bu gün start götürən gənclər arasında dünya çempionatında medal qazanmaq şansı əldə edib.

“Report”un məlumatına görə, 66 kq çəkidə çıxış edən İbrahim Əliyev təsəlliverici görüşdə İsmayıl Misirovu (Rusiya) məğlub edib. O, bürünc medal uğrunda Lusian Dumitresku ilə qarşılaşacaq.

Qeyd edək ki, 60 kq çəki dərəcəsində Əhməd Yusifov finala çıxıb. O, həlledici görüşdə Konstantin Simeonidislə (Rusiya) üz-üzə gələcək.


***17:04

Bu gün Mərakeşin Marrakeş şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürüb.

“Report” xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 5 idmançısı mübarizəyə başlayıb.

60 kq çəkidə çıxış edən Rövşən Əliyev ilk görüşdə Xakberdi Cumayevə (Türkmənistan) uduzub. Eyni çəkidə yer alan Əhməd Yusifov isə ardıcıllıqla Cehu Cin (Cənubi Koreya), Oleq Veredıba (Ukrayna) və Salih Yıldızı (Türkiyə) məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda Aybek Uulu Kubanıçbeki (Qırğızıstan) vazari ilə məğlub edib. Yusifov həlledici görüşdə Konstantin Simeonidislə (Rusiya) üz-üzə gələcək.

66 kq çəkidə çıxış edən İbrahim Əliyev Riçard Marin (ABŞ), Andres Pariç (Venesuela) və Mark Latisevi (Moldova) üstələyərək 1/4 finala çıxıb. Burada Villian Limaya (Braziliya) uduzan yığma üzvü təsəlliverici görüşdə İsmayıl Misirov (Rusiya) ilə qarşılaşacaq.

Eyni çəkidə mübarizə aparan Davud Abaslı Arse Avedisyan (Ermənistan) və Reduan Drisə (Əlcəzair) qalib gəlsə də, Takeşi Takeoke (Yaponiya) ilə bacarmayıb.

Qızların yarışından 52 çəkidə yer alan Gültac Məmmədləiyeva isə ilk görüşdə Federika Silveriyə (İtaliya) məğlub olub.

Qeyd edək ki, dünya çempionatına 81 ölkədə 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu qatılıb. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi