Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycanın heç bir cüdoçusu finala yüksələ bilməyib
Fərdi
10 Mart , 2017 17:11
Azərbaycanın iki cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq
judo.az

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycanın heç bir cüdoçusu finala yüksələ bilməyib. 

"Report"un məlumatına görə, 8 kişi və 10 qadın cüdoçudan yalnız 2-si bürünc medal uğrunda görüşə çıxacaq.

Bunlar Orxan Səfərovla Nicat Şıxəlizadədir.

Kişilər:

60 kq

1/8 final. Mehman Sadıqov Toru Şişimeyə (Yaponiya) uduzaraq mübarizəni dayandırıb.

1/8 final. Oruc Vəlizadə Muxriddin Tilovova (Özbəkistan) uduzaraq mübarizəni dayandırıb.

1/8 final. Natiq Qurbanlı Erik Takabatakeyə (Braziliya) uduzaraq mübarizəni dayandırıb.

1/4 final. Orxan Səfərov Qusman Kirgizbayevə (Qazaxıstan) uduzsa da, təsəlliverici görüşdə Səfərov Bayaman Saginbay Uluya qalib gəlib. O, bürünc medal uğrunda qarşılaşmada Erik Takabatake (Braziliya) ilə üz-üzə gələcək.

66 kq

1/8 finalda Nicat Şıxəlizadə Xojiakbar Olimovu (Özbəkistan), 1/4 finalda Laşa Qvinaşvilini (Gürcüstan) üstələsə də, yarımfinalda Tomofumi Takajoya (Yaponiya) uduzub. Bürünc medal uğrunda görüşdə Şıxəlizadə Barux Şmaylovla (İsrail) üz-üzə gələcək.

1/8 final. Emil Həsənov Xerlen Qanbolda (Monqolustan) uduzaraq mübarizəni dayandırıb.

1/8 final. Vüqar Şirinli Alireza Xojastehə (İran) uduzaraq mübarizəni dayandırıb.

1/8 final. İlkin Babazadə Barux Şmaylova (İsrail) uduzaraq mübarizəni dayandırıb.

Qadınlar:

48 kq

1/8 finalda Leyla Əliyeva Şəfəq Həmidovanı məğlub etsə də, 1/4 finalda Milika Nikoliçə (Serbiya), təsəlliverici görüşdə Noa Minskerə (İsrail) uduzaraq 7-ci yerlə kifayətlənib.

1/8 final. Şəfəq Məmmədova Aleksandra Popa (Rumıniya) uduzaraq mübarizəni dayandırıb.

1/8 final. Aişə Qurbanlı Stefannie Arissa Koyamaya (Braziliya) uduzaraq mübarizəni dayandırıb.

52 kq

1/8 final. Gülşən Nəzərova Anya Stanqara (Sloveniya) uduzaraq mübarizəni dayandırıb.

1/8 final. Gültac Məmmədəliyeva Aqata Perençə (Polşa) qalib gəlsə də, 1/4 finalda Reka Puppa (Macarıstan), təsəlliverici görüşdə Anya Stanqara (Sloveniya) uduzaraq 7-ci yerlə kifayətlənib.

1/8 final. Nəzakət Əzizova Sara Menezesə (Braziliya) uduzaraq mübarizəni dayandırıb.

57 kq

1/8 final. Günel Bəkirzadə Gilmara Prudensioya (Braziliya) uduzaraq mübarizəni dayandırıb.

1/8 finalda Leyla Şahin Anna Kazyulinanı (Qazaxıstan) məlub etsə də, 1/4 finalda Sevara Nişanbayevaya (Qazaxıstan), təsəlliverici görüşdə Gilmara Prudensioya (Braziliya) uduzaraq 7-ci yerlə kifayətlənib.

1/8 final. Səkinə Zayirova Kaya Kayzerə (Sloveniya) uduzaraq mübarizəni dayandırıb.

1/8 final. Şahanə Alməmmədova Culiya Kovalçuka (Polşa) məğlub olaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi