Yuxarı

Azərbaycanın iki boksçusu DÇ-nin 1/4 finalına vəsiqə qazanıb

​Azərbaycanın iki boksçusu DÇ-nin 1/4 finalına vəsiqə qazanıb

Rusiyanın Yekaterinburq şəhərində boks üzrə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin döyüşləri başa çatıb.

"Report"un məlumatına görə, bu mərhələdə Azərbaycan millisinin rinqə çıxan 4 üzvündən 2-si çıxışını qələbə ilə bitirib.

"Minsk 2019" II Avropa Oyunlarının qalibi Alfonso Dominges (81 kq) 1/4 finala gedən yolda avstriyalı Umar Cambekovla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb. Dominges rəqibini 4:1 (27:30, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda özbəkistanlı Dilşodbek Ruzmetovla münasibətinə aydınlıq gətirəcək.

Bu nailiyyəti 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də davam etdirib. Misirli Yosri Rezk Mustafa ilə döyüşən Abdullayev 3:2 (29:28, 29:28, 28:29, 27:30, 29:28) hesablı qələbə qazanıb. O, 1/4 finalda avstraliyalı Justis Huni ilə gücünü yoxlayacaq.

Digər iki boksçu - Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) 1/8 final qarşılaşmasında məğlub olublar.

Dünya çempionatında 1/4 final mərhələsinin görüşləri sentyabrın 18-də keçiriləcək. Azərbaycanın hər iki boksçusu rinqə axşam sessiyasında çıxacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi