Yuxarı

Azərbaycanın iki boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın iki boksçusu Avropa çempionatında finala yüksəlib

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın iki boksçusu İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilən gənclər arasında Avropa çempionatında finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Vaqif Şirinovun baş məşqçi olduğu kollektivdən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Kası üstələyib - 5:0. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.

Nicat Həsənov (69 kq) isə yarımfinalda şotlandiyalı Samuel Hikkini 3:2 hesablı qələbə ilə mübarizədən kənarlaşdırıb. Həsənov çempionluq uğrunda görüşdə rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.

Qeyd edək ki, final döyüşləri bu gün keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi