Azərbaycanın güləş yığması Kiyevdə keçirilən beynəlxalq turnirdə uğurla iştirak edib

Azərbaycanın güləş yığması Kiyevdə keçirilən beynəlxalq turnirdə uğurla iştirak edib Bakı. 25 fevral. REPORT.AZ/ Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib.
Fərdi
25 Fevral , 2018 21:08
Azərbaycanın güləş yığması Kiyevdə keçirilən beynəlxalq turnirdə uğurla iştirak edib

Bakı. 25 fevral. REPORT.AZ/ Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib.

"Report" Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, 37 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 31 üzvü iştirak edib.

Apreldə Kaspiyskdə baş tutacaq Avropa çempionatı öncəsi yığma üzvlərinin sınaqdan keçirilməsi baxımından turnirin əhəmiyyəti böyük olub. Bu məqsədlə federasiya rəhbərliyi və yığma komandaların məşqçilər korpusu bütün əsas güləşçilərin turnirdə iştirakını məqsədəuyğun sayıb.

Artıq 22-ci dəfə baş tutan Kiyev turniri hər il olduğu kimi bu dəfə də gərgin mübarizələrlə yadda qalıb. Yarışda iştirak edən Olimpiya, Dünya və Avropa çempionları və mükafatçılarının çoxluğu bunu deməyə əsas verir.

Azərbaycan yığma komandasının heyəti də kifayət qədər titullu idmançılardan ibarət olub. Olimpiya və Dünya çempionumuz Şərif Şərifov, Olimpiya mükafatçısı və 3 qat Dünya çempionumuz Hacı Əliyev, Olimpiya mükafatçısı və ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov, Dünya və Avropa çempionumuz Həsən Əliyev, Olimpiya mükafatçısı Sabah Şəriəti, Avropa çempionu Rafiq Hüseynov və digər perspektivli, gənc güləşçilər yığma komandanı təmsil edib.

Güləşçilərimizdən Qalib Əliyev, Taleh Məmmədov, Elvin Mürsəliyev, Həsən Əliyev, Orxan Nuriyev və İslam Abbasov turnirdə Ermənistan təmsilçiləri ilə qarşılaşıb. İdmançılarımız bu görüşlərin beşini qələbə ilə başa vurub. 

Son xəbərlər

Orphus sistemi