Azərbaycanın güləş yığmalarının Dünya Kubokundakı rəqibləri müəyyənləşib

Azərbaycanın güləş yığmalarının Dünya Kubokundakı rəqibləri müəyyənləşib Hər iki növ üzrə komanda İranla eyni qrupa düşüb
Fərdi
11 May , 2016 08:27
Azərbaycanın güləş yığmalarının Dünya Kubokundakı rəqibləri müəyyənləşib

Bakı. 11 may. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycanın hər iki növ üzrə yığmasının rəqibləri müəyyənləşib.

Yunan-Roma güləşi üzrə milliyə B qrupunda İran, Türkiyə və Ukrayna rəqib olub. A qrupuna Rusiya, Belarus, Almaniya və Qazaxıstan düşüb. Yarış 19-20 mayda İranın Şiraz şəhərində baş tutacaq.

Azərbaycanın sərbəst güləş yığması da İranla birgə B qrupuna düşüb. Digər iki rəqib Hindistan və ABŞ olacaq. A qrupunda Rusiya, Gürcüstan, Türkiyə və Monqolustan yer alır. Bu növ üzrə Dünya Kuboku 11-12 iyunda ABŞ-ın Los-Anceles şəhərində olacaq.

Qeyd edək ki, ötənilki analoji yarışda yunan-Roma güləşi üzrə Azərbaycan yığması tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub, sərbəst güləşçilər isə 3-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi