Yuxarı

Azərbaycanın gimnastika hakimləri yeni dərəcələr əldə ediblər

Bu kateqoriyalar hazırkı olimpiya dövrü ərzində qüvvədə olacaq

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın gimnastika üzrə 5 təmsilçisi yeni hakimlik dərəcəsi əldə edib. 

"Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin dərəcələr Polşanın paytaxtı Varşavada və Bakıda keçirilmiş kurslarda qazanılıb.

Varşavada akrobatika gimnastikası üzrə qitələrarası hakimlik kurslarında iştirak edən İradə Qurbanova 4-cü hakimlik dərəcəsi əldə edib. Bakıda keçirilən kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarında isə Xəlil Hüseynov, Əhməd Ağayev 3-cü, Uğur Xəlilbəyli və Şakir Şıxaliyev isə 4-cü hakimlik dərəcəsi əldə ediblər. Bu kateqoriyalar hazırkı Olimpiya dövrü ərzində (2017 - 2020) qüvvədə olacaq.

Qeyd edək ki, kişi idman gimnastikası üzrə azərbaycanlı hakim Rza Əliyev ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasının sahibidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi