Yuxarı
    Bağlamaq

    Azərbaycanın gənc cüdoçusu Bolqarıstanda bürünc medal qazanıb

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyi davam edir.

    Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyinin ikinci günü milli komanda aktivinə daha bir medal yazdırıb.

    Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən Murad Fətiyev mötəbər yarışın bürünc medalına sahib olub.

    Qeyd edək ki, birinciliyin ilk günü Tofiq Məmmədov (60 kq) qızıl, Rövşən Əliyev (55 kq) gümüş, Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.

    Xatırladaq ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi