Azərbaycanın əməkdar idman xadimi vəfat edib

Azərbaycanın əməkdar idman xadimi vəfat edib Arif Qafarov 69 yaşında dünyasını dəyişib
Fərdi
27 Noyabr , 2017 09:53
Azərbaycanın əməkdar idman xadimi vəfat edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar idman xadimi Arif Qafarov vəfat edib.

“Report” xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Qafarov 1989-2013-cü illərdə Bakı Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışıb. Həmçinin 2002, 2006 və 2010-cu illərdə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinə üzv seçilib. O, bir məşqçi kimi Azərbaycanda akrobatika ənənələrinin formalaşmasında böyük rol oynayıb. A.Qafarov əməkdar idman ustası, əməkdar məşqçi və əməkdar idman xadimi adlarına layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyası 2015-ci ildə onu qızıl medalla təltif edib. 

Son xəbərlər

Orphus sistemi