​Azərbaycanın daha iki cüdoçusu Almatı Qran-prisində mübarizəni dayandırıb

​Azərbaycanın daha iki cüdoçusu Almatı Qran-prisində mübarizəni dayandırıb Hər iki cüdoçu məğlub olub
Fərdi
14 May , 2016 12:45
​Azərbaycanın daha iki cüdoçusu Almatı Qran-prisində mübarizəni dayandırıb

Bakı. 14 may. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində keçirilən Qran-pridə Azərbaycanın daha 2 cüdoçusu mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 73 kq-da Vüqar Bayramov ispaniyalı Kiyoşi Uematsuya uduzub.

Eyni çəkidə çıxış edən Fəqan Quluzadə ilk olaraq polşalı Damian Şarnovieçkini məğlub etsə də, Özbəkistan idmançısı Qiyosyon Boboyevlə bacarmayıb.

Bu gün döşək üzərinə çıxan Əbdülhəqq Rəsullu və Ceyhun Babakişiyev (hər ikisi 81 kq) də məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, yarışın ilk günündə qadın cüdoçu Aişə Qurbanlı (48 kq), kişilərdə isə Sadiq Məhərrəmov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov və İskəndər Talışınski (66 kq) məğlubiyyətlə üzləşiblər.

Son xəbərlər

Orphus sistemi