Yuliya Ratkeviç "Rio-2016"da bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB-2

Yuliya Ratkeviç "Rio-2016"da bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB-2 Güləşçimiz yaponiyalı 3 qat olimpiya və 10 qat dünya çempionuna məğlub olub
Fərdi
17 Avqust , 2016 20:30
Yuliya Ratkeviç Rio-2016da bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB-2

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç yarımfinal görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan belaruslu legionerin rəqibi yaponiyalı 3 qat olimpiya və 10 qat dünya çempionu Kaori İço olub.

Görüş İçonun təmiz qələbəsi ilə yekunlaşıb - 10:0.

Beləliklə, finala yüksələ bilməyən Ratkeviç bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.

*** 19:38

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç yarımfinala yüksəlib. 

"Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan belaruslu legioner 1/4 finalda kolumbiyalı Jaklin Renteria Kastilyonu məğlubiyyətə uğradıb - 7:3.

Yarımfinalda onun rəqibi son 3 olimpiadanın qalibi və 10 qat dünya çempionu, yaponiyalı Kaori İço olacaq.

*** 18:24

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç ilk görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 1/8 finala təsadüf edən qarşılaşmada rəqib ukraynalı Oksana Herhel olub.

Ratkeviç görüşün sonlarınadək 3:0 hesabı ilə öndə olsa da, rəqibi ardıcıl xallarla irəli çıxıb. Bununla belə, son saniyələrdə azərbaycanlı güləşçi daha bir fənd tətbiq edərək qələbəni təmin edib - 7:5.

1/4 finalda onun rəqibi kolumbiyalı Jaklin Renteria Kastilyo olacaq.

Son xəbərlər

Orphus sistemi