Yuxarı

Azərbaycanın daha bir idmançısı dopinqə görə cəzalandırılıb

Azərbaycanın daha bir idmançısı dopinqə görə cəzalandırılıb

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub. Onun sidik dəyişdirmə üsulundan ("Kimyəvi və fiziki manipulyasiya") yararlandığı müəyyənləşib.

56 kq çəkidə çıxış edən ağırlıqqaldıranın cəzası 12 sentyabr 2018-ci ildən qüvvəyə minib və 12 sentyabr 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, IWF aprelin 15-də dopinqə görə Nizami Paşayevə 8 il cəza verildiyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi