Azərbaycanın daha bir atleti finala yüksəlib

Azərbaycanın daha bir atleti finala yüksəlib Qətərin paytaxtı Dohadakı dünya çempionatında Azərbaycanın daha bir atleti finala yüksəlib. Reportun məlumatına görə, bu, üç təkanla tullanma yarışında baş verib.
Fərdi
28 Sentyabr , 2019 00:27
Azərbaycanın daha bir atleti finala yüksəlib

Qətərin paytaxtı Dohadakı dünya çempionatında Azərbaycanın daha bir atleti finala yüksəlib. "Report"un məlumatına görə, bu, üç təkanla tullanma yarışında baş verib. 

Aleksis Kopello təsnifat mərhələsində 16,95 metr nəticə göstərərək 6-cı olub. Kubalı legioner adını həlledici mərhələyə yazdırıb.

Əvəzində qapalı manejdə Avropa çempionu Nazim Babayev 16,65 metr nəticə ilə 19-cu olub və 12 finalçı arasına düşə bilməyib.

Qeyd edək ki, daha əvvəl çəkicatma yarışında Anna Skidan da finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi