Azərbaycanın daha 4 yunan-Roma güləşçisi dünya çemionatında mübarizəyə qoşulur

Azərbaycanın daha 4 yunan-Roma güləşçisi dünya çemionatında mübarizəyə qoşulur İkinci yarış günündə 59 kq, 66 kq, 80 kq və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək
Fərdi
22 Avqust , 2017 11:09
Azərbaycanın daha 4 yunan-Roma güləşçisi dünya çemionatında mübarizəyə qoşulur

Bakı. 22 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında bu gün daha 4 çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

"Report"un məlumatına görə, ikinci yarış günündə 59 kq, 66 kq, 80 kq və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.

59 kq

1/16 final. Maksim Kazarski (Belarus) - Taleh Məmmədov

66 kq

1/16 final. Kamran Məmmədov - Hansu Ryu (Cənubi Koreya)

80 kq

1/16 final. Roman Vlasov (Rusiya) - Elvin Mürsəliyev

130 kq

1/8 final. N.Kuçma (Ukrayna) / Mantas Knistautas (Litva) - Sabah Şəriəti

Görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. Final qarşılaşmaları isə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan yunan-Roma güləşçilərindən ən yüksək nəticəni 85 kq çəki dərəcəsində çıxış edən İslam Abbasov göstərib. O, 5-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi