Azərbaycanın daha 2 güləşçisi dünya çempionatında medal qazanıb

Azərbaycanın daha 2 güləşçisi dünya çempionatında medal qazanıb Bakı. 14 noyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 2 medal qazanıb.
Fərdi
14 Noyabr , 2018 22:41
Azərbaycanın daha 2 güləşçisi dünya çempionatında medal qazanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 2 medal qazanıb.

"Report" xəbər verir ki, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş medala sahib olub.

Məmmədov finalda yaponiyalı Keniçiro Fumitaya, Cəfərov misirli Məhəmməd İbrahim Əlsəyidə uduzub.

Orxan Nuriyev (97 kq) isə bürünc medal görüşündə iranlı Əli Əkbər Heydəriyə uduzaraq, 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi