​Azərbaycanın cüdoçuları olimpiada öncəsi son yarışda mübarizəyə başlayır

​Azərbaycanın cüdoçuları olimpiada öncəsi son yarışda mübarizəyə başlayır Birinci yerin sahibi 700 lisenziya xalı qazanacaq
Fərdi
27 May , 2016 12:29
​Azərbaycanın cüdoçuları olimpiada öncəsi son yarışda mübarizəyə başlayır

Bakı. 27 may. REPORT.AZ/ Bu gün Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə World Masters turniri start götürəcək. "Report"un məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycanı 7 idmançı təmsil edəcək.

İlk yarış günündə 60 kq çəkidə Orxan Səfərov, 66 kq-da isə Nicat Şıxəlizadə döşək üzərinə çıxacaq. 1/4 final mərhələsindən mübarizəyə başlayacaq O.Səfərovun ilk rəqibi özbəkistanlı Şarafuddin Lutfillayev və türkiyəli Bekir Özlü cütünün qalibi olacaq. N,Şıxəlizadə isə ilk görüşünü 1/8 finalda italiyalı Fabio Basileyə qarşı keçirəcək.

Yarışın ikinci günündə 73 kq çəkidə Rüstəm Orucov 1/8 finalda Viktor Skvortovla (BƏƏ) üz-üzə gələcək.

Son yarış günündə isə Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq. 90 kq-da Məmmədəli Mehdiyev 1/8 finalda kubalı Eşli Qonzaleslə qüvvəsini sınayacaq. 100 kq çəkidə Elmar Qasımov Braziliyadan olan Lusiano Korreanı, Elxan Məmmədov isə kubalı Xose Armenterosu məğlub etməyə çalışacaq. Hər iki cüdoçu 1/8 finaldan mübarizəyə qoşulacaq. 1/16 finaldan çıxış etməyə başlayacaq Uşangi Kokauri (+100 kq) isə mərhələ adlamaq üçün kubalı Aleks Qarsiya Mendozanı məğlub etməlidir.

Yarışın qızıl medalçıları 6 000 dollar və 700 lisenziya xalı, gümüş medalın sahibləri 420 lisenziya xalı və 4 000 dollar, üçüncü pilləni tutan idmançılar 280 lisenziya xalı və hərəyə 2000 dollar mükafat alacaq. 5 və 7-ci pillərlərin sahibləri müvafiq olaraq 140 və 112 lisenziya xalı əldə edəcək. Bir qələbəyə isə 28 lisenziya xalı verilir.

Qeyd edək ki, bu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiyasından öncə sonuncu yarışdır. Turnirin ardından Beynəlxalq Cüdo Federasiyası olimpiadaya lisenziya qazananların siyahısını rəsmən açıqlayacaq.

Son xəbərlər

Orphus sistemi