Azərbaycanın bir qrup idman mütəxəssisinə təqaüd və fəxri adlar verilib - SİYAHI

Azərbaycanın bir qrup idman mütəxəssisinə təqaüd və fəxri adlar verilib - SİYAHI Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Fərdi
21 Dekabr , 2016 18:11
Azərbaycanın bir qrup idman mütəxəssisinə təqaüd və fəxri adlar verilib - SİYAHI

Bakı. 21 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Əzimov Abas Əzim oğlu

Məmmədyarov Qəhrəman Müslüm oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Allahverdiyev Tarverdi Əflan oğlu

Eyvazov Çingiz Abuzər oğlu

Əhədov Seymur Kamil oğlu

Feyzullayev Vaqif Səxavət oğlu

Krapivin Oleq Andreyeviç

Qurbanov Firudin Eyyub oğlu

Məmmədyarov Həmid Hilal oğlu

Salehli Bəhruz Qədir oğlu.

Son xəbərlər

Orphus sistemi