Azərbaycanın bədii gimnastika üzrə komandası Dünya Kubokunun finalına yüksəlib

Azərbaycanın bədii gimnastika üzrə komandası Dünya Kubokunun finalına yüksəlib Bakı. 16 aprel. REPORT.AZ/ Bədii gimnastika üzrə Azərbaycan milli komandası İtaliyanın Pesaro şəhərində Dünya Kubokunda çıxış edib.
Fərdi
16 Aprel , 2018 16:44
Azərbaycanın bədii gimnastika üzrə komandası Dünya Kubokunun finalına yüksəlib

Bakı. 16 aprel. REPORT.AZ/ Bədii gimnastika üzrə Azərbaycan milli komandası İtaliyanın Pesaro şəhərində Dünya Kubokunda çıxış edib.

"Report"un Federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, qrup hərəkətləri proqramında Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Doman, Zeynəb Hümmətova və Ayşən Bayramova finala yüksəliblər. Onlar 5 halqa ilə təsnifat mərhələsində 17.300 xal toplayaraq 8-ci yeri tutublar. 

Final mərhələsində "5-lik" hakimlərdən 17.700 xal alaraq 4-cü olub. 

Fərdi proqramda isə Zöhrə Ağamirova və Veronika Hudis çıxış edib. Onlardan ən yaxşı nəticəni Ağamirova lentlə nümayiş etdirib. O, 51 iştirakçı arasında 12-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi