Azərbaycanın bədii gimnastı "Rio-2016"da mübarizəyə başlayıb - YENİLƏNİB

Azərbaycanın bədii gimnastı "Rio-2016"da mübarizəyə başlayıb - YENİLƏNİB Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılıb
Fərdi
19 Avqust , 2016 19:11
Azərbaycanın bədii gimnastı Rio-2016da mübarizəyə başlayıb - YENİLƏNİB

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan bədii gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük üzrə təsnifat mərhələsində ikinci çıxışını edib. 

"Report"un məlumatına görə, Durunda topla hərəkətdə hakimlərdən 17,466 bal alıb. Hazırda o, 3-cü pillədə qərarlaşıb.

*** 17:47, 19:08

Azərbaycanın bədii gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 

"Report"un məlumatına görə, Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılıb. O, ilk olaraq həlqə ilə çıxış edib. Xalçaya 3-cü çıxan gimnast hakimlərdən 17,466 xal alıb. Marina Durunda bu nəticə ilə belaruslu Katerina Halkina (17,733) və həlqə ilə hərəkətdə ABŞ təmsilçisi Laura Zenqdən (17,666) sonra 3-cü olub.

26 idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda finalçılar müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi