Azərbaycanın bədii gimnastı Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın bədii gimnastı Avropa çempionatında finala vəsiqə qazanıb Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında finala yüksəlib.
Fərdi
17 May , 2019 18:35
Azərbaycanın bədii gimnastı Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, idmançı təsnifat mərhələsində halqa ilə hərkətlərdə 20.050 xal toplayaraq 8-ci yeri tutub. Bu isə onun finala çıxması üçün yetərli olub. Veronika Hudis isə halqa ilə hərəkətlərdə 18.250 xalla 19-cu pillədə qərarlaşıb.

Zöhrə Ağamirova topla hərəkətlərdə eyni xalı toplasa da, 9-cu olub və finala yüksələ bilməyib. Veronika Hudis isə 17.900 xalla 26-cı yeri tutub.

Qeyd edək ki, bu yarışların finalları mayın 19-da keçiriləcək. Daha öncə gənclərdən ibarət Azərbaycan millisi də halqalar ilə kompozisiyada həlledici mərhələyə vəsiqəni təmin edib. Həmin final da mayın 19-da baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi